Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının Tiencin şəhərində görüşüb. Söhbət zamanı iki ölkə arasındakı münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.
Redaksiya xəbər verir ki, görüşdə Ərdoğan Ermənistan-Azərbaycan barış prosesinin irəliləməsindən məmnunluğunu ifadə edərək, Türkiyənin bu prosesə dəstəyini davam etdirəcəyini bildirib.
Türkiyə Prezidenti vurğulayıb ki, Ankara ilə Bakı enerji və nəqliyyat sahələri başda olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmaqda qərarlıdır.
Sevinc Kərimova
