Discord platforması istifadəçilərə birbaşa öz üzərindən oyun serverləri yerləşdirmək imkanı yaradıb. Yeni funksiya sayəsində istifadəçilər sevdikləri oyunlar üçün serveri cəmi bir neçə kliklə qura biləcəklər ki, bu da xüsusilə oyun icmaları üçün prosesin xeyli sadələşdirilməsi deməkdir.
Redaksiya xəbər verir ki, sistemin işləmə mexanizmi olduqca sadədir.Məlumata görə, Discord bu xidmət üçün bir neçə fərqli plan təklif edir. Planlar yaddaş həcmi və virtual maşın imkanlarına görə dəyişir və daha tələbkar serverlər üçün geniş resurslar təqdim olunur. Şirkət bildirir ki, yeni imkan oyunçulara əlavə texniki biliklərə ehtiyac olmadan stabil və çevik server infrastrukturu qurmağa şərait yaradacaq.
